UNESCO-nun baş direktoru İrina Bokova Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün mayın 16-da Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda İrina Bokovanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva qarşılayıblar.
İrina Bokova bildirib ki, dünyada baş verən münaqişələr fonunda ümumbəşəri dəyərlərin müdafiə olunması, bütün sahələrdə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi Forumun əsas müzakirə mövzularıdır. Onun fikrincə, dünyada münaqişələrin və zorakılığın şiddətlənməsi problemlərini mədəniyyətlərarası dialoqun təşviqi, tolerantlığın təbliği, mədəni irsin qorunub saxlanması yolu ilə həll etmək mümkündür.
* * *
UNESCO-nun baş direktoru İrina Bokova mayın 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstəsi qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Baş direktoru UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva və ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov müşayiət ediblər.

UNESCO-nun baş direktoruna Qarabağ xalçası hədiyyə edilib

Mayın 17-də UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycan Xalça Muzeyində olub. Qonaq xalqımızın qədim xalçaçılıq sənətini yaşadan muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya ilə maraqla tanış olub. Muzeydə sərgilənən Azərbaycan kəlağayıları da baş direktorun xüsusi marağına səbəb olub.
Qeyd edək ki, xalça sənətimiz 2010-cu ildə, Azərbaycan kəlağayı sənəti isə 2014-cü ildə UNESCO-nun qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edilib.
Sonda Azərbaycan mədəniyyətinə böyük diqqət və maraq göstərən qonağa qədim çeşni əsasında muzeydə toxunmuş Qarabağın “Çələbi” xalçası və muzeyin sertifikatı hədiyyə edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar