I Avropa Oyunları ərəfəsində paytaxtın Suraxanı rayonu ərazisindəki “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda yeni muzey ekspozisiyası qurulub.

Mayın 15-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ekspozisiyasının media təmsilçiləri üçün təqdimat oldu.
Təqdimat zamanı jurnalistlərə açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin Qoruqlarla iş, tarix-mədəniyyət abidələrinin monitorinqi və təbliği sektorunun müdiri Könül Cəfərova Azərbaycanın maddi mədəniyyət abidələri sırasında “Atəşgah məbədi”nin özünəməxsus yeri olduğunu vurğuladı: “Prezident İlham Əliyev tərəfindən tarixi abidələrin qorunmasına, təbliğinə böyük diqqət və qayğı göstərilir. “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu yaradıldıqdan sonra ərazidə arxeoloji işlər aparılaraq tarixi abidə tədqiq edilməyə başlanıldı. Bərpa işləri həyata keçirildi. Bu tarixi məkan hər zaman səyyahların, elm adamlarının diqqət mərkəzində olub. İldən-ilə “Atəşgah”a gələn turistlərin sayında artım müşahidə edilir”.
Qeyd olundu ki, I Avropa Oyunları ərəfəsində “Atəşgah”da bərpa işlərinin yekunlaşması ilə əlaqədar yeni ekspozisiya qurulub. Ekspozisiyada qoruq ərazisindən tapılan eksponatlarla yanaşı, Abşeron yarımadasında aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim əşyalar da nümayiş olunur.
Hücrələrdə yerləşdirilən həmin eksponatlar haqqında ətraflı məlumatların yer aldığı elektron tablolar quraşdırılıb. Elektron tablolarda məlumatlar Azərbaycan və ingilis dillindədir. Buraya gələn hər bir turist “Atəşgah məbədi”nin qədim tarixi, odun qorunması, burada həyata keçirilən dini ayinlər, XIX əsrdə Suraxanıda neft sənayesinin inkişafı və son dövrdə aparılmış arxeoloji və bərpa işlərinə qədər bütün məlumatları elektron tablolar vasitəsi ilə, 3D formatında əldə edə bilər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə abidənin ərazisi “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib və qoruq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib. Ölkə başçısının sərəncamına əsasən 2009-2013-cü illərdə burada genişmiqyaslı bərpa və konservasiya, elmi tədqiqat, abadlaşdırılma işləri həyata keçirilib. Bərpa zamanı məbədin hücrələrində müasir havalandırma sistemi qurulub, turistlərin rahatlığı üçün şərait yaradılıb. I Avropa Oyunları ilə bağlı ölkəmizə turist axınını nəzərə alan “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu da tarix və mədəniyyətimizin təbliği üçün öz imkanlarından layiqincə istifadə etməyə çalışacaq.

Fariz







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar