III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun birinci iş günündə “2015-ci ildən sonrakı dünyada dialoq” başlıqlı seminarlardan biri “İpək Yolu” təşəbbüsünə həsr olunmuşdu.

“İpək Yolu - dialoq və fikir mübadiləsi üçün ilkin istiqamətlər. ”İpək Yolu” təşəbbüsü və bu təşəbbüsün hazırkı dövrdə mədəniyyətlərarası dialoq üçün yaratdığı imkanlar” mövzusunda seminara Kembric Mərkəzi Asiya Forumunun baş araşdırmaçısı Şirin Akiner moderatorluq edirdi. Mövzunun aktuallığına diqqət çəkən moderator Azərbaycanın tarixi İpək Yolunun üzərində yerləşdiyini, Avropa ilə Asiya arasında körpü rolunu oynadığını bildirdi. Qeyd etdi ki, İpək Yolunun bərpası ideyasının gerçəkləşməsi üçün fəal iş aparan ölkələrdən biri də Azərbaycandır. Vurğulandı ki, İpək Yolu ölkələri, xalqları bir-birinə yaxın edir, mədəniyyətləri qovuşdurur.
Elmi Şura Sivilizasiya Siyasəti üzrə Beynəlxalq Araşdırma İnstitutunun (IIRPC Edqar Morin) vitse-prezidenti, Etiqad Yerləri üzrə Beynəlxalq Koalisiyasının İdarə heyətinin sədri Dudu Dien isə İpək Yolunun bərpasında UNESCO-nun rolundan danışdı. Bildirdi ki, əgər insanlar eyni yerdə yaşasaydılar, sivilizasiya da olmazdı. İnsanlar müxtəlif səbəblərdən bir yerdən başqa yerə köçməklə həm də öz mədəniyyətlərini daşıyırlar. Böyük İpək Yolu həm də bəşər tarixinin bir hissəsidir.
Şərq Dilləri və Mədəniyyətləri üzrə Fransız İnstitutunun professoru Jak Lörqan monqol dilindən dərs dediyini və köçərilərin həyatı ilə maraqlandığını diqqətə çatdırdı, İpək Yolu ölkələrinin maddi mədəniyyət nümunələrindən söz açdı.
Qazaxıstanın Almatı Şərqşünaslıq İnstitutunun direktor müavini xanım Laura Yerekeşeva tarixən İpək Yolu boyunca mədəniyyət nümunələrinin mübadiləsinin də həyata keçirildiyini diqqətə çatdırdı. Onun sözlərinə görə, İpək Yolunun bərpası mədəniyyətlərarası dialoq üçün geniş imkanlar açır.
Tanınmış fotoqraf Reza Deqati İpək Yolu boyunca bütün ölkələrdə çəkdiyi fotolar, həyata keçirdiyi layihələr barədə məlumat verdi. Qeyd etdi ki, İpək Yolu xalqları və mədəniyyətləri bir-birinə qovuşduran əsas amildir. Yalnız incəsənət hər ürəyə yol tapa bilər.
Çinin Tsinghua Universitetinin Milli İrs Mərkəzinin direktoru Lyu Çjou İpək Yolu üzərində yerləşən ölkələrdə aparılan ekspedisiyaların müxtəlif mədəniyyətləri öyrənmək baxımından əhəmiyyətindən danışdı, hər bir ölkənin mədəniyyətinə hörmətlə yanaşılmasının zəruriliyini vurğuladı.
UNESCO-nun İpək Yolu onlayn platformasının nümayəndəsi Mehrdad Şabahang bu layihə çərçivəsində görülmüş işlərdən bəhs etdi. Bildirdi ki, İpək Yolu iki min ilə yaxın Şərq və Qərb arasında elmin, mədəniyyətin və ideyaların yayılması üçün körpü rolunu oynayıb. İpək Yolu təşəbbüsü yalnız iqtisadi maraqlarla məhdudlaşmır, həmçinin bu tarixi körpünün və mədəni mirasın millətlərimizin rifahı naminə bərpa edilməsi məqsədi daşıyır.
Milli Məclisinin deputatı Fuad Muradov rəhbərlik etdiyi “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının yaranma tarixindən və gördüyü işlərdən danışdı. Qeyd etdi ki, 24 ölkənin gənclər təşkilatlarını bir araya gətirən qurum İpək Yolu ideyasının reallaşması, müxtəlif din və mədəniyyətlərə mənsub gənclərin ortaq platformada birləşməsi istiqamətində önəmli addımdır. O, Avropa, Asiya və Afrika ölkələrinin gəncləri arasında əməkdaşlığın qurulması, tolerantlığın və qarşılıqlı anlaşmanın təbliği sahəsində səylərin birləşdirilməsinin və təcrübələrin bölüşdürülməsinin vacibliyini diqqətə çatdırdı.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar