Mayın 14-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı ilə Səbail Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanasında Xalq şairi Rəsul Rzanın (1910-1981) 105 illiyinə həsr olunmuş “Mən kökümlə bu torpağa bağlıyam” mövzusunda tədbir keçirilib.
Əvvəlcə MKS-nin direktoru Nüşabə Məmmədova şairin həyat və yaradıcılığından söhbət açıb. Sonra şairlə bağlı videokadrlar nümayiş etdirilib.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, professor Səfurə Quliyeva Rəsul Rzanın 1927-ci ildə Tiflisdə nəşr olunan “Qığılcım” almanaxında yer almış “Bu gün” adlı şeiri ilə ədəbiyyata gəldiyini və novator şair kimi tanındığını bildirib. O, ədibin irsinin fəlsəfi dəyəri, müasirlik ruhu ilə seçilən zəngin yaradıcılığı haqqında məlumat verib.
Bakı Dövlət Universitetinin müəllimi, professor İfrat Əliyeva bildirib ki, fəlsəfi poeziya nümunələri ilə zəngin olan Rəsul Rza yaradıcılığı həyatın özü kimi qaynar və təbiidir.
Şair Oqtay Rza, BŞMTİ-nin əməkdaşı Səbinə Məmmədova və başqaları şairin poeziyasında müasir həyat hadisələrinə fəlsəfi yanaşma meyllərinin çox güclü olduğunu deyiblər. Rəsul Rzanın “Pəncərəmə düşən işıq”, “Duyğular, düşüncələr”, “Dözüm” və digər şeir kitabları, “Qızılgül olmayaydı”, “Bir gün də insan ömrüdür”, “Xalq həkimi” poemalarında, “Rənglər” silsiləsində bəşəri dəyərlərin tərənnüm edildiyi bildirilib.
Tədbirdə BDU-nun müəllimi, şairin qızı Fidan Rzayeva və nəvəsi Günel Anarqızı şairlə bağlı xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar