Mayın 19-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz əl-Nasser ilə görüşüb.
Görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin deputatları, Azərbaycandakı dini konfessiyaların rəhbərləri, ABŞ-da yerləşən Etnik Anlaşma Fondunun sədri Rabbi Mark Şnayer iştirak ediblər.
Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə milli mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlər, Azərbaycanda dövlət-din münasibətləri barədə danışıb. Bildirilib ki, ölkəmizdə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc yanaşı yaşayıblar, ksenofobiya və dini zəmində münaqişələr müşahidə olunmayıb.
Qeyd olunub ki, müstəqillik illərində ölkəmizdə xeyli sayda məscid tikilib. Eləcə də Azərbaycanda sinaqoq və kilsələr fəaliyyət göstərir. Ölkədə dini etiqad azadlığı tam təmin olunub, bütün dini konfessiyalara bərabər şərait yaradılıb. Bunlar hamısı ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dəstəyi sayəsində mümkün olub. Şeyxülislam dünyəvi dövlət olan Azərbaycanda dinin inkişafının, tarixi-mənəvi irsin və ənənəvi dəyərlərin qorunub saxlanılmasının prioritet olduğunu, dini icmaların qayğılarına diqqətlə yanaşıldığını diqqətə çatdırıb.
Allahşükür Paşazadə Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına kömək göstərdiklərinə görə qonaqlara təşəkkürünü bildirib.
Çıxış edən qonaqlar Azərbaycanda tolerantlıq ənənələrinin, multikultural mühitin, müxtəlif dini icmalar arasında müsbət, harmonik münasibətlərin mövcudluğunu yüksək qiymətləndiriblər. Onlar ölkəmizdə gedən inkişaf proseslərindən məmnunluqla söz açıblar, Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar