Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadze ilə görüşündə iki ölkənin mədəni əlaqələrinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan və Gürcüstan xalqlarının qədim, zəngin və bir-birinə yaxın mədəni irsə malik olduqlarını vurğulayan Əbülfəs Qarayev ikitərəfli münasibətlərin, bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də uğurla inkişaf etməsindən məmnunluğunu bildirib. Qeyd olunub ki, özünəməxsus mədəniyyəti ilə tanınan Gürcüstan beynəlxalq mədəniyyət layihələrində fəal iştirak edir. Əbülfəs Qarayev Azərbaycanda Gürcüstan Mədəniyyət Mərkəzinin açılmasını təklif edib.
Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri bu təklifi müsbət qiymətləndirib və onun reallaşması ilə bağlı lazımi işlərin görüləcəyini söyləyib. Mixeil Giorqadze bildirib ki, mədəni sahədə əməkdaşlıq əlaqələrinin genişlənməsi istiqamətində birgə layihələr reallaşdırılmalıdır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar