Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Macarıstanın mədəniyyət üzrə dövlət katibi Piter Hoppal ilə görüşündə də iki ölkə arasında mövcud mədəni əlaqələr, bu sahədə reallaşdırılması nəzərdə tutulan layihələr müzakirə olunub.
Əbülfəs Qarayev diqqətə çatdırıb ki, Bakı-Budapeşt-Bakı birbaşa reysinin açılması macar turistlərinin Azərbaycana axınını xeyli artırıb. Bu həm də azərbaycanlıların Macarıstana səfərlərini asanlaşdırıb.
Nazir mədəni əlaqələrin genişləndirilməsi üçün Azərbaycan və macar ədəbi nümunələrinin tərcüməsinin vacibliyini vurğulayıb. Macarıstanın mədəniyyət üzrə dövlət katibi Piter Hoppal öz növbəsində bu məsələyə xüsusi diqqət ayrılmasının vacibliyini söyləyib. Bildirib ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi xalqlarımız arasında mədəni əlaqələrə müsbət təsir göstərəcək.
İki ölkə arasında elm və təhsil sahəsində mövcud əlaqələrin inkişafından söz açan qonaq hazırda 200 azərbaycanlı tələbənin Macarıstan ali məktəblərində təhsil aldığını deyib. Qonaq qeyd edib ki, bugünlərdə Bakıda macar operası nümayiş etdirilib: “Biz ölkəmizə məxsus mədəni nümunələrin Azərbaycanda təbliğinə xüsusi önəm veririk”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar