Mayın 20-də Bəhreyn Krallığının mədəniyyət naziri xanım Şeyxə May bint Məhəmməd Əl Xəlifə Azərbaycan Xalça Muzeyini ziyarət edib.
Xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, ənənələri ilə yaxından tanış olan qonaq həsirlərin, xovsuz xalça növləri sayılan “Şəddə” və “Zili” xalçalarının öz vətənində də məşhur olduğunu bildirib.
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu da qonaqda xoş təəssürat oyadıb.
Azərbaycan mədəniyyətinə böyük diqqət və maraq göstərən xanım Şeyxə May bint Məhəmməd Əl Xəlifəyə qədim çeşni əsasında muzeydə toxunmuş Qarabağın "Çələbi" xalçası, sənətşünaslıq doktoru, professor Röya Tağıyevanın Qahirədə ərəb dilində işıq üzü görmüş "Azərbaycan xalçası" kitabı və muzeyin sertifikatı hədiyyə edilib. Ərəb dilində olan kitab xanım Şeyxə May bint Məhəmməd Əl Xəlifədə xüsusi maraq oyadıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar