İyunun 1-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Dünya uşaqların pəncərəsindən” adlı sərgi təşkil olundu. Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunan tədbirdə çıxış edən kitabxananın direktoru Şəhla Qəmbərova 1950-ci ildən beynəlxalq təqvimə düşən bu günün əhəmiyyətindən söz açdı. Bildirildi ki, uşaq hüquqlarının qorunması ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir: “Bu tədbiri keçirməkdə məqsədimiz kitabxananın fəal, istedadlı oxucularının rəsmlərini təqdim etmək, balaca istedadları tanıtmaq, uşaqlara bayram sevinci bəxş etməkdir”.
Direktor bildirdi ki, kitabxanada mütəmadi olaraq müxtəlif layihələr və tədbirlər həyata keçirilir. Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunan tədbir öz orijinallığı ilə seçilir: “Tədbir çərçivəsində anaların və övladların dünyaya baxışlarını öyrənmək, birgə arzularının reallaşmasını və bu arzuların fırçanın dili ilə çatdırılmasını istədik. Burada bizim uşaqların rəsmləri ilə bərabər Azərbaycanın tanınmış rəssamlarına həsr edilən kataloqlar, rəssamlığa dair kitablar da sərgilənir”.
Tədbirdə iştirak edən rəssam, sənətşünas Tamilla Seyidova, uşaq yazarı Reyhan Yusifqızı və digərləri təqdim edilən rəsmlərlə bağlı fikirlərini bölüşdülər. Ş.Ələkbərova adına 20 nömrəli uşaq musiqi məktəbi və Xəzər Universitetinin “Dünya” məktəbinin şagirdlərinin çıxışları tədbirə bayram əhval-ruhiyyəsi qatdı. Səbail rayonu 23 nömrəli məktəbin ibtidai sinif şagirdləri və “Silsilə” incəsənət studiyasının üzvlərinin də iştirak etdiyi bayram tədbirinin sonunda uşaqlara diplom və hədiyyələr təqdim olundu.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar