Mayın 27-də İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümünə həsr edilmiş “Müstəqilliyimizin nəbzi” adlı tədbir keçirildi.
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” və “Xocalı Soyqırımını Tanıtma” ictimai birlikləri ilə birgə təşkil edilən tədbirdə çıxış edən İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi Xalq Cümhuriyyətinin Azərbaycan və ümumilikdə müsəlman Şərqi tarixində böyük hadisə olduğunu vurğuladı: “1918-ci il mayın 28-də Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan xalqının dövlətçilik ənənələri bərpa olundu. Milli rəmzlərimiz, ordumuz və dövlətin bir çox strukturları yaradıldı. İstiqlal Muzeyi də Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır”.
Fəridə Şəmsi Respublika Günü münasibətilə iştirakçıları təbrik edərək, ölkəmizin daha da güclənməsini və ərazi bütövlüyünün bərpa olunmasını arzu etdi.
“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu və digər çıxış edənlər Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay müddətində görülən işlərdən söhbət açdılar. Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk dünyəvi, demokratik, parlamentli respublika olduğu vurğulandı.

Sonra iştirakçılar sərgi ilə tanış oldular. Sərgidə türkiyəli rəssam İlhan İşbaşı və azərbaycanlı rəssamlar Səyyar Əliyev, Zaur Mirzəyev və Bayram Bayramovun əl işləri nümayiş olunur.
Tədbirdə Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri, Milli Qvardiyanın əsgərləri, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti və digər qonaqlar iştirak edirdilər.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar