İyunun 8-də İçərişəhərdə yerləşən milli restoranların birində Azərbaycanda fəaliyyət göstərən 4 və 5 ulduzlu mehmanxanaların baş menecerləri üçün "Azerbaijan breakfast" (AB) milli səhər yeməyi və onun mehmanxana və mehmanxana tipli obyektlər, eləcə də turistlərə xidmət göstərən iaşə obyektlərində tətbiqinə dair layihənin təqdimatı keçirilib.
Mərasimdə Azərbaycanın səhər yeməyi ənənələri, "Azerbaijan breakfast" səhər yeməyi kompleksinə daxil edilmiş milli kulinariya məhsulları təqdim olunub, xalqımızın mətbəx ənənələrinin xüsusiyyətləri, həmçinin layihənin məqsədləri və tətbiqi qaydaları haqqında geniş məlumat verilib, layihənin həyata keçirilməsi istiqamətində iştirakçılarla əməkdaşlıq perspektivləri müzakirə edilib.
Layihə milli mətbəximizin, xüsusilə səhər yeməyi ənənələrinin beynəlxalq və milli səviyyədə kulinariya, iaşə və turizm xidməti seqmentində Azərbaycan Respublikasının mülkiyyəti və qeyri-maddi irs nümunəsi kimi təqdim və təbliğ edilməsi, gələcəkdə onun tətbiqi prosesinə nəzarətin təmin edilməsi, təhriflərə və mənimsəmələrə yol verilməməsi məqsədilə hazırlanıb. “Azerbaijan breakfast” Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qaydada qeydiyyatdan keçirilib və layihə üzərində Mədəniyyət və Turizm Nazirliyinin müstəsna hüquqları tanınıb. Bununla yanaşı, layihənin tətbiqinə ümumi nəzarət edilməsi və onun yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi məqsədilə nazirlik tərəfindən müvafiq qaydalar tərtib edilib.
Azərbaycan xalqının milli və ənənəvi səhər yeməyi kompleksinə daxil olan müxtəlif qida növlərinin milli və beynəlxalq hüquqla qorunan brend məhsul kimi "Azerbaijan breakfast" adı altında təbliği və təqdimatı nəticə etibarilə mədəniyyətimizin bir hissəsi olan milli mətbəximizin nəinki ölkə daxilində, o cümlədən xaricdə də tanıdılmasına əlverişli şərait yaradacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar