Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Avstriyanın elm və incəsənət üzrə fəxri xaç ordeninə layiq görülüb

Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Avstriyanın Elm və incəsənət üzrə fəxri xaç ordeni ilə təltif edilib. İyunun 13-də Avstriyanın ölkəmizdəki səfirliyində ordenin təqdimetmə mərasimi keçirilib.

Mərasimdə çıxış edən Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex iki ölkə arasında mədəni əlaqələrin inkişafında görülən işlərə görə nazir müavininə təşəkkürünü bildirib, mədəniyyət və turizm sahəsində əməkdaşlığın gələcəkdə daha da intensivləşəcəyinə inandığını deyib.
Avstriya Parlamentinin vitse-spikeri Karlheinz Kopf çıxış edərək ikitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında bir çox sahələrdə, xüsusilə mədəniyyət sahəsində əməkdaşlığın genişləndiyi, təşkil edilən müxtəlif mədəni tədbirlərin bunun göstəricisi olduğu vurğulanıb. O, nazir müavini Sevda Məmmədəliyevaya Avstriya və Azərbaycan arasında mədəni əlaqələrin genişləndirilməsi, Avstriyanın beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan tərəfindən dəstəklənməsində göstərdiyi səylərə görə özü və Avstriya hökuməti adından təşəkkürünü bildirib.
Sevda Məmmədəliyeva öz növbəsində xoş sözlərə görə minnətdarlıq edərək, mədəniyyət sahəsində əməkdaşlığın iki ölkənin dostluğunun göstəricisi olduğunu diqqətə çatdırıb. Nazir müavini ordenlə təltif olunmasının Bakıda I Avropa Oyunlarının keçirildiyi vaxta təsadüf etməsinin əlamətdar hadisə olduğunu deyib.
Bildirilib ki, qarşılıqlı anlaşma və dostluq prinsiplərinə əsaslanan Avstriya-Azərbaycan əlaqələrinin böyük perspektivi var. Qədim və müasir sivilizasiyaların zəngin tarixinin daşıyıcıları olan, bəşəriyyətə misilsiz mədəniyyət nümunələri bəxş etmiş Azərbaycan və Avstriya xalqları arasında mövcud əlaqələr iki ölkə rəhbərliyinin diqqəti və himayəsi sayəsində sürətlə inkişaf edir.
Nazir müavini 2006-cı ildə Vyana şəhərində müasir Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin büstünün, 2011-ci ildə isə Bakıda Avropa klassik musiqisinin parlaq nümayəndəsi, dahi Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın abidəsinin ucaldılmasının iki ölkənin mədəni əməkdaşlığı tarixində əhəmiyyətli hadisə olduğunu vurğulayıb.
Sonra Avstriya Parlamentinin vitse-spikeri Karlheinz Kopf Avstriya Respublikasının Elm və incəsənət üzrə fəxri xaç ordenini mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevaya təqdim edib. Nazir müavini Karleinz Kopfa, Avstriya hökumətinə, Avstriyanın Azərbaycandakı səfiri Aksel Vexə və tədbirdə iştirak edən hər kəsə dərin təşəkkürünü bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar