Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə fevral-may aylarında Bakı, Sumqayıt, Ağcabədi və Qubada respublikanın tanınmış musiqiçiləri, aparıcı təhsil müəssisələrinin təcrübəli müəllimlərinin şəhər və rayon uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün ustad dərsləri keçirilib.

Eyni zamanda Bakı Xoreoqrafiya Akademiyasının ixtisas müəllimləri tərəfindən zonalar üzrə şəhər və rayon uşaq incəsənət məktəblərində, klub və mədəniyyət evlərində çalışan xoreoqrafiya sahəsi üzrə mütəxəssislər üçün Bakı, Gəncə, Lənkəran, Şəki, Sumqayıt, Ağcabədi, Bərdə, Salyan, Şamaxı və Tovuzda ustad dərsləri təşkil edilib.
Ustad dərsləri keçmiş mütəxəssislər - Bakı Musiqi Akademiyasının professorları - Xalq artisti Ramiz Quliyev, Əməkdar incəsənət xadimi Arif Əsədullayev və Hökümə Əliyeva, Azərbaycan Milli Konservatoriyasının dosenti Mübariz Əliyev, konservatoriyanın baş müəllimi, Xalq artisti Zabit Nəbizadə, Bülbül adına orta ixtisas musiqi məktəbinin metodist-müəllimi Zərifə Məmmədyarova, Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri - Xalq artisti Yusif Qasımov, əməkdar artistlər Səbinə Qasımova, Emil Əliyev və Tamilla Məmmədova, Prezident təqaüdçüləri Xamiz Cəfərov və Akif Kərimli, müəllimlər Ella Hacıyeva, Aydın Mustafayev, Kamilla Əliyeva, Mehriban Nəzərova, Milena Alimova Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif olunublar.
İyunun 18-də bununla bağlı mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək ustad dərslərinin uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsində, müəllimlərin peşəkarlığının artırılmasında böyük əhəmiyyətini qeyd edib, növbəti tədris ilində də bölgələr üzrə ustad dərslərinin davam edəcəyini bildirib. Respublikada musiqi və xoreoqrafiya təhsilinin inkişafı ilə bağlı mütəxəssislərin təklifləri dinlənilib və fikir mübadiləsi aparılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar