Ölkəmizdən xoş təəssüratlarla vətəninə dönəcək qonaqlar o təəssüratı təkrar yaşamaq üçün yenə bu qonaqpərvər diyara gələcəklər

Bakıda keçirilən I Avropa Oyunları Azərbaycanın dünyada nüfuzunu yüksəldən böyük idman bayramı olmaqla yanaşı, ölkəmizin tanıtımı, mədəni irsimizin təbliği, eləcə də turizm sektorunun gələcək perspektivləri baxımdan müstəsna əhəmiyyət kəsb edir. İdman bayramına gələn qonaqlar yarışları izləməklə yanaşı, Bakının gözəllikləri, tarixi-mədəni məkanları ilə yaxından tanış olurlar.
Bu günlərdə ölkəmizə ilk dəfə gələn çoxlu sayda əcnəbi var ki, Azərbaycanı mədəni zənginliyi ilə seçilən qonaqpərvər ölkə kimi “kəşf” edirlər. Onların ölkəmizlə tanışlığının daha yaddaqalan olması üçün paytaxtın teatr-konsert müəssisələrində, muzey və qalereyalarında maraqlı mədəniyyət proqramları həyata keçirilir. Turistlər üçün həm paytaxtda, həm də Bakıətrafı məkanlara, eləcə də regionlar üzrə müxtəlif turlar təklif edilir. Azərbaycan haqqında xoş təəssüratlarla vətəninə dönəcək əcnəbi qonaqlar, sözsüz ki, bir gün o təəssüratı təkrar yaşamaq üçün yenidən bu qonaqpərvər ölkəyə gəlmək istəyəcəklər...







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar