İyunun 22-də Azərbaycan professional vokal ifaçılığının banisi, SSRİ Xalq artisti, professor, ictimai xadim Bülbülün anadan olmasının 118-ci ildönümü ilə bağlı sənətkarın memorial muzeyində xatirə tədbiri keçirilib.
Tədbir iştirakçılarını salamlayan muzeyin direktoru Fərqanə Cabbarova dahi Bülbüllə yanaşı onun xanımı və zəngin irsinin əvəzsiz tədqiqatçısı, uzun illər memorial muzeyə rəhbərlik etmiş Adelaida Məmmədovanın da xatirəsini yad edib. Adelaida xanımın həyat və fəaliyyətindən bəhs edən video nümayiş etdirilib.
Muzeyin baş mühafizi Nigar İsgəndərova Bülbülün həyat və yaradıcılıq yolundan danışıb. Əməkdar incəsənət xadimi Səriyyə İsmayılova, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov, Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova və digər çıxış edənlər Bülbülün sənət yoluna nəzər salıblar.
Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri tərəfindən sənətkarın repertuarından "Sevgili canan", "Sənsiz", "Qara tellər" ifa edilib. Bülbülün 400 dəfədən çox çıxış etdiyi "Koroğlu" operasından fraqment nümayiş etdirilib.
Tədbirin sonunda Bülbülün həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.
Tədbirdən sonra Fəxri xiyabana gedən tədbir iştirakçıları Bülbülün məzarını ziyarət ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar