Nazir Zoltan Baloq Azərbaycanın mədəni irsinə aid görməli yerlərlə tanış olacaq

İyunun 25-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Macarıstanın insan resursları naziri Zoltan Baloqu qəbul edib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb, mədəniyyət və turizm sahələri üzrə münasibətlərdə mövcud normativ-hüquqi baza və əlaqələrin gələcək perspektivləri müzakirə edilib.
Son dövrlərdə Macarıstan və Azərbaycan arasında müxtəlif istiqamətlərdə tərəfdaşlığın inkişaf etdiyi və iki ölkə rəhbərliyinin səyləri nəticəsində xalqlar arasında əlaqələrin daha da dərinləşməsinə imkan yarandığı vurğulanıb.
Zoltan Baloq Macarıstanın mədəniyyət məsələləri üzrə dövlət katibi Peter Hoppalın may ayında III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini xatırladıb və qeyd edib ki, bu tədbir onun həmkarında yüksək təəssürat yaradıb. Qonaq həmçinin Azərbaycanın mədəni irsinə aid görməli yerləri ziyarət etmək istədiyini bildirib.
Nazir Əbülfəs Qarayev bununla bağlı lazımi şəraitin yaradılması üçün tapşırıq verib.
Zoltan Baloq qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirib və Azərbaycan-Macarıstan əlaqələrinin dinamik inkişafının şahidi olmasından məmnunluğunu ifadə edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar