İyunun 24-də “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi (İB) Avropa Oyunlarında idmançılarımızın qələbələrinə həsr edilən tədbir keçirib.
Birliyin sədr müavini Həbib Misirov tədbiri açaraq bu günlər beynəlxalq idman bayramı ilə bağlı ölkəmizdə böyük coşqu yaşandığını vurğulayıb.
Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə dünyada ölkəmizin nüfuzunun daha da artacağını söyləyib. O, idmançılarımızın yarışlarda uğurlu iştirakından söz açaraq bu qələbələrin davamlı olacağına inandığını deyib.
Bildirilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə birinci Avropa Oyunları Təşkilat Komitəsinin çox uğurlu fəaliyyəti nəticəsində Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə hazırlığı ilə yeni standartlar ortaya qoydu. Minlərlə qonaqlar, turistlər tamaşaçı qismində Oyunları izləməklə yanaşı, həm də sülhsevər xalqımızın adət-ənənələri ilə tanış olurlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar