İşdə ciddi qüsurlara yol vermiş mədəniyyət və turizm şöbələrinin rəhbərləri barədə qərarlar qəbul olundu

İyulun 7-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirildi.
İclası açıq elan edən nazir Əbülfəs Qarayev gündəlik barədə məlumat verdi, bir neçə şəhər və rayon mədəniyyət və turizm şöbəsində nazirlik tərəfindən aparılan yoxlamaların nəticələrinin müzakirə olunacağını diqqətə çatdırdı.
İlk olaraq Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinin və onun tabeliyində olan müəssisələrin fəaliyyəti ilə bağlı nazirliyin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərlinin məruzəsi dinlənildi. Sektor müdiri şöbənin şəbəkəsinə daxil olan müəssisələrin fəaliyyəti və yoxlama zamanı Tarix-Diyarşünaslıq Muzeyinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, musiqi və incəsənət məktəblərinin fəaliyyətində aşkar edilən nöqsanlar barədə məlumatı kollegiya iştirakçılarının diqqətinə çatdırdı.
Məruzə dinlənildikdən sonra şöbə və onun tabeliyindəki müəssisələrin rəhbər işçiləri barədə kollegiya qərar qəbul etdi. Şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlqar Əhmədovun tutduğu vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alındı. Şöbənin məsləhətçisinə, MKS-nin, musiqi və incəsənət məktəblərinin və muzeyin direktorlarına töhmət elan olundu və nöqsanların aradan qaldırılması üçün onlara 3 ay vaxt verildi.
Sonra Ağdam və Cəlilabad rayon mədəniyyət və turizm şöbələri ilə bağlı məsələyə baxıldı. Nazir Əbülfəs Qarayev hər iki rayonda aparılan yoxlamalara dair təqdim edilən arayışlarda şöbələrin fəaliyyəti ilə bağlı ciddi qüsurların qeyd olunduğunu bildirdi.
Müzakirələrdən sonra kollegiyanın qərarı ilə Ağdam Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şahin Qasımova töhmət elan olundu.
Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İsa Allahverdiyevin işdə ciddi nöqsanlara, kadrların yerləşdirilməsində qanunsuz hərəkətlərə yol verdiyi qeyd edilərək tutduğu vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alındı.
Kollegiya iclasının sonunda müzakirə olunan məsələlər, qeyd olunan nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verildi.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar