Enerji iqtisadiyyatı üzrə Avrasiya konfransının Bakıda keçirilməsi işgüzar turizm baxımından da əhəmiyyət kəsb edir

Avqustun 3-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın icraçı direktoru David Villiam və Enerji Siyasətləri Araşdırma Mərkəzinin direktoru Gürkan Kumbaroğlunu qəbul edib.
Görüşün əsas məqsədi assosiasiya tərəfindən 2016-cı ilin 31 avqust - 3 sentyabr tarixlərində Bakıda enerji iqtisadiyyatı üzrə Avrasiya konfransının keçirilməsi məsələsinin müzakirəsi olub.
Xatırladaq ki, bu tədbirin paytaxtımızda keçirilməsi barədə qərar Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun apardığı görüş və danışıqlar nəticəsində qəbul olunub. Bu, Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkəmizə gətirilən ilk beynəlxalq tədbirlərdən biridir.
Nazir müavini ilə görüş zamanı tədbirin keçirilmə şəraiti, forması, turistlərin Azərbaycana gəlmə imkanları, viza prosesi və s. təşkilati məsələlər müzakirə olunub.
Qeyd edək ki, tədbirin keçirilməsi həm enerji, həm də işgüzar turizm sahəsində mühüm əhəmiyyət kəsb edir.
Enerji iqtisadiyyatı üzrə Avrasiya konfransında dövlət, özəl və akademik dairələrdən 150-dən çox nümayəndənin iştirakı nəzərdə tutulub.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar