F.Köçərli adına Respublika Uşaq Kitabxanasında "Ana dilimizi sevək, qoruyaq" adlı tədbir keçirilib. 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbirdə Bakıdakı 44 və 164 saylı tam orta məktəblərin, Ankara, Avropa və Gənc İstedadlar liseylərinin şagirdləri, 183 saylı körpələr evi-uşaq bağçasının fidanları iştirak ediblər.
Kitabxananın direktoru Şəhla Qəmbərova tədbiri açaraq ana dilinin inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, bu sahədə ulu öndər Heydər Əliyevin tarixi xidmətləri var. Ümummilli liderin 2001-ci ildə imzaladığı fərmana əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Sonra söz balacalara verilib. Uşaq yazıçısı Aygün Balın “Meşədə əlifba bayramı” səhnəciyi göstərilib. Uşaqlar Sevinc Nuruqızının şeirlərindən ibarət kompozisiya ilə çıxış ediblər. İştirakçılar "Kəpəz Müstəqil Teleradio Şirkəti"nin istehsalı olan “Əlifbanı yaradan müəllim” adlı filmi izləyiblər. Balacalara kitab və jurnallar hədiyyə edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar