Avqustun 16-da Serbiyanın paytaxtı Belqradın küçələrindən birinə Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin adının verilməsi ilə bağlı mərasim keçirilib.

Mərasim səhərin Borska və Pere Velemiroviç küçələrinin kəsişməsində ölkəmizin Serbiyadakı səfirliyinin və şəhər meriyasının birgə təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdə Belqrad şəhər meriyasının, Rakovitsa, Vojdovaç və Savski Venaç bələdiyyələrinin rəhbərlikləri, Serbiya Xarici İşlər Nazirliyinin nümayəndələri, parlamentin üzvləri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Serbiyada yaşayan azərbaycanlılar, bu ölkənin ziyalıları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Belqrad şəhər merinin müavini xanım İrena Vuyoviç və Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov Bəxtiyar Vahabzadə küçəsi yazılmış lövhənin üzərindən örtüyü götürüblər.
Eldar Həsənov qeyd edib ki, Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin qeyd edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar 2015-ci il tarixli sərəncamını və birbaşa tapşırığını rəhbər tutaraq səfirlik Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiyada yaşayan həmvətənlərimizin təşəbbüsü ilə görkəmli şairin bu ölkədə yaxından tanıdılması və adının Belqrad şəhərinin küçələrindən birinə verilməsi üçün Belqrad şəhər meriyasına müraciət edib. Meriyanın iyunun 23-də keçirilmiş iclasında bu müraciətə müsbət baxılaraq Belqradın Tsrnotravske küçəsindən başlayaraq Borska ilə Pere Velemiroviç küçələrinin kəsişməsinədək olan hissəsinə Bəxtiyar Vahabzadənin adının verilməsi haqqında qərar qəbul edilib.
Səfir diqqətə çatdırıb ki, İva Andriç, Milorad Paviç kimi tanınmış serb yazıçılarının əsərləri Azərbaycan dilində oxunur və Serbiyanın incəsənət xadimlərinin musiqiləri ölkəmizdə sevilərək dinlənilir. Belqrad küçələrinin birinə Bəxtiyar Vahabzadənin adının verilməsi ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin ifadəsidir.
İrena Vuyoviç tədbir iştirakçılarına müraciət edərək serb və Azərbaycan xalqlarının möhkəm dostluq bağları barədə danışıb. O, bu hadisənin əməkdaşlığımızın genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadə Bəxtiyar Vahabzadənin serb dilinə tərcümə edilmiş şeirini səsləndirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar