Avqustun 25-də Azərbaycan Dillər Universitetində (ADU) Çin rəssamı Qi Baishinin xatirəsinə həsr olunmuş “Azərbaycan və Çin mənzərə rəsmləri” mövzusunda tədbir keçirilib. Tədbir ali məktəbin Çin Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdə mərkəzin direktoru, professor Rafiq Abbasov Azərbaycan və Çin arasında mədəni əlaqələrin inkişafından, iki ölkə rəssamlarının sərgilərinin mübadiləsindən danışıb. O, çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan rəssamlarının IX qurultayında doğma torpaqların bənzərsiz gözəlliyini əks etdirən mənzərələrin mənəvi və əxlaqi əhəmiyyətindən söz açdığını xatırladıb.
Səttar Bəhlulzadənin ev-muzeyinin əməkdaşı Pərzad Abdinova, Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova Azərbaycanın görkəmli rəssamları Səttar Bəhlulzadə və Tahir Salahovun həyat və yaradıcılığından, onların Azərbaycan rəssamlıq tarixinə verdikləri töhfələrdən söz açıblar.
ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri məruzələrində ənənəvi Çin mənzərə əsərlərinin əsas xüsusiyyətlərindən, bədii üslub orijinallığından bəhs ediblər.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar