Ölkəmizin stendində 350-dək müxtəlif mövzulu nəşr yer alıb

Sentyabrın 2-də Rusiya paytaxtında XXVIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası işə başlayıb. Ümumrusiya Sərgi Mərkəzində keçirilən tədbirdə Rusiyanın 400-dən çox, eləcə də 30-dan çox xarici ölkənin nəşriyyat-poliqrafiya müəssisələri, kitab sənəti ilə məşğul olan təşkilatları iştirak edirlər.
1987-ci ildən etibarən hər il keçirilən və dünyanın ən nüfuzlu kitab sərgilərindən olan Moskva sərgi-yarmarkası sentyabrın 6-dək davam edəcək. Bu müddətdə 500-dən artıq tədbir, məşhur şair, yazıçı, kitab sahəsinin mütəxəssisləri ilə görüşlərin keçirilməsi planlaşdırılıb.
Nüfuzlu sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və iştirakı ilə milli nəşrlərimiz də təqdim olunur. Ölkəmizin stendində 350-dək adda kitab yer alıb. Nümayiş olunan nəşrlər əsasən Azərbaycanın dövlətçiliyinə, kitab sənətinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağ probleminə həsr olunub. Sərgi müddətində ziyarətçilərə Azərbaycanın turizm potensialını əks etdirən broşür və bukletlər paylanacaq.
Açılış günündə stendimizi Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları ziyarət edərək buradakı nəşrlərlə yaxından tanış olublar. Qeyd edək ki, hər il Moskva kitab sərgi-yarmarkasının qonaq ölkəsi elan olunur. Builki sərgidə qonaq ölkə İrandır və zəngin proqramla təmsil olunur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar