Ştatın Santa-Monika şəhərində 18 sentyabr xüsusi gün elan olunub

Azərbaycan klassik musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatının Santa-Monika şəhərində xüsusi gün elan olunub.

Şəhərin meri Kevin Makkion (Kevin McKeown) tərəfindən xüsusi bəyannamə imzalanaraq 2015-ci il 18 sentyabrın “Üzeyir Hacıbəyli Günü” kimi qeyd olunacağı bildirilib. Los-Anceles şəhərinin qonşuluğunda yerləşən Santa-Monika bir çox Hollivud ulduzlarının və rejissorlarının yaşadığı ünvan kimi tanınır.
Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğuna təqdim olunmuş bəyannamədə Ü.Hacıbəylinin Azərbaycan klassik musiqisinin banisi olduğu vurğulanır, onun əsərlərində Şərq və Qərb musiqisinin çalarlarından geniş istifadə edildiyi diqqətə çatdırılır.
Ölməz bəstəkarın milli musiqimizə verdiyi töhfələrlə yanaşı, onun jurnalist, müəllim və tərcüməçi kimi Azərbaycan maarifçiliyində oynadığı roldan bəhs edilir, Ü.Hacıbəylinin bu istiqamətdə fəaliyyətinin Azərbaycan sərhədlərini aşaraq bütün Avrasiyada insanların tərəqqisinə işıq saçdığı qeyd olunur. Ü.Hacıbəylinin müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixində önəmli rol oynadığı və Azərbaycanın ilk himninin müəllifi olduğu xüsusi vurğulanır.
Bəyannamədə dahi bəstəkarın müsəlman Şərqində ilk opera və operettanın müəllifi olduğu qeyd edilərək, dünya şöhrətli “Arşın mal alan” operettası və əsər əsasında çəkilmiş eyniadlı film (1945) barədə məlumat verilir. Bu ekran əsərinin rənglənmiş versiyasının sentyabrın 19-da ABŞ-da ilk dəfə Los-Ancelesdə, Hollivudun məşhur kinoteatrlarından olan “Ricardo Montalban”da nümayiş etdiriləcəyi bildirilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar