Muzeydə niderlandlı mütəxəssislərin rəhbərliyi ilə bərpa və konservasiya üzrə treninqlər keçiriləcək

Azərbaycan Milli İncəsənət Muzeyin Beynəlxalq əlaqələr və innovasiyalar şöbəsinin müdiri Əminə Məlikova və Rəngkarlıq bölməsinin müdiri Mehriban Nuriyeva Niderland Krallığının Mədəniyyət Araşdırmaları Fondunun dəvəti ilə Amsterdam, Haaqa və Maastrixt şəhərlərində işgüzar səfərdə olublar.
Səfər çərçivəsində Amsterdam şəhərində dünyanın aparıcı muzeylərindən olan “Rijksmuseum”da Mədəniyyət Araşdırmaları Fondunun rəhbəri Alie Gotrter, idarə heyətinin sədri Jan Hesselingi və fondun baş mütəxəssisi Fəridə Hüseynova ilə görüş keçirilib. Burada təşkil olunan dəyirmi masada sənət əsərlərinin bərpası, atribusiyası, sərgi və digər sahələrdə əməkdaşlıq işlərinin birgə həyata keçirilməsi məsələləri müzakirə olunub.
Azərbaycanlı qonaqlar üçün “Rijksmuseum”da qorunub saxlanılan dahi holland rəssamı Rembrandtın əsərləri üzrə ekskursiya təşkil olunub. Bundan başqa, Milli İncəsənət Muzeyin əməkdaşları Haaqa və Maastrixt şəhərlərinin aparıcı muzeylərini ziyarət edib, Maastrixt şəhərində dünyanın ən böyük bərpa və konservasiya mərkəzi sayılan SRAL mərkəzində olublar.
Əməkdaşlığın nəticəsi olaraq bu ilin sonunda Azərbaycan Milli İncəsənət Muzeyində SRAL mərkəzindən dəvət olunacaq mütəxəssislərin rəhbərliyi ilə Azərbaycan muzeylərində çalışan bərpaçılar, o cümlədən bu sahə üzrə təhsil alan tələbələr üçün bərpa və konservasiya üzrə treninqlərin keçirilməsi planlaşdırılıb. Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyi vaxtaşırı muzey mütəxəssislərinin bacarıqlarının inkişaf etdirilməsinə, ictimaiyyətin muzeyə olan marağının artırılmasına töhfə verən bu cür təlimlər həyata keçirir.

Lalə Hüseyn







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar