Ölkəmizdə səfərdə olan San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentini sentyabrın 8-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.

Əbülfəs Qarayev San-Marino xarici işlər nazirinin səfərinin ikitərəfli əlaqələrin bütün sahələrdə istiqamətini müəyyənləşdirmək üçün gözəl imkanlar yaradacağına əminliyini ifadə edib.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında qonağa məlumat verərək bildirib ki, Ermənistan ölkəmizin ərazilərinin 20 faizini işğal edib və bunun nəticəsində 1 milyondan artıq azərbaycanlı yurd-yuvasından didərgin düşərək qaçqın və məcburi köçkün həyatı yaşayır. O, həmçinin münaqişə nəticəsində mədəniyyətimizə dəymiş ziyanın hələ də davam etdiyini diqqətə çatdırıb.
Görüşdə turizm sahəsində əməkdaşlığın hər iki ölkə üçün əhəmiyyət kəsb etdiyi qeyd olunub və bu sahədə münasibətlərin genişləndirilməsinə təkan verən addımlardan söz açılıb. Əbülfəs Qarayev ölkəmizin San-Marino ilə mədəniyyət sahəsində əməkdaşlıqda da maraqlı olduğunu vurğulayıb.
Paskal Valentini ölkəmizə səfərindən məmnunluğunu ifadə edərək keçirilən görüşlərdə vacib məsələlərə toxunulduğunu vurğulayıb. Qonaq bundan sonra ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın daha da inkişafı üçün səylərini artıracağını söyləyib.
Söhbət zamanı birgə mədəni layihələrin reallaşdırılması müzakirə edilib.
Görüşdə Azərbaycanın İtaliyada və San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar