İranın mədəniyyət və islami irşad naziri Əli Cənnəti sentyabrın 4-də Bakıya səfəri çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.
Görüşdə bu ilin sonunadək İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi haqqında razılıq əldə olunub. Ə.Cənnəti bildirib ki, mədəniyyət günləri iki xalqın dostluğunun daha da dərinləşməsi, əlaqələrin inkişafına təkan verəcək. O qeyd edib ki, İran Azərbaycanla qarşılıqlı olaraq müxtəlif mədəniyyət tədbirlərinin, o cümlədən kino həftəsinin keçirilməsinə hazırdır. İki ölkə xalqlarının müştərək dinə və oxşar mədəniyyətə sahib olması mədəniyyət proqramlarının daha da rəğbətlə qarşılanmasına zəmindir.
Nazir Ə.Qarayev iranlı həmkarının Bakıya səfərindən məmnunluğunu ifadə edib və Azərbaycan mədəniyyəti günlərinin Tehrandan başqa ölkənin digər şəhərlərində, İsfahan, Şiraz və Ərdəbildə keçirilməsi istəyini diqqətə çatdırıb. O, tezliklə Azərbaycanda İran kino həftəsinin keçiriləcəyini deyib.
Görüşdə qərara alınıb ki, gələn il Azərbaycanda İran mədəniyyəti günləri təşkil olunsun.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar