Birgə turizm marşrutlarının yaradılması, beynəlxalq sərgilərdə müştərək təkliflərlə iştirak və digər məsələlər müzakirə olunub

Sentyabrın 8-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının rəhbəri Giorgi Çoqovadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması müzakirə olunub.

Nazir Əbülfəs Qarayev iki ölkə arasında vahid turizm marşrutlarının yaradılmasını təklif edib, belə turizm məhsulunun regional və dünya miqyasında turist cəlb olunması sahəsində iki ölkə üçün mühüm addım olacağını deyib. Qeyd olunub ki, ölkələrimizin bir sıra oxşar xüsusiyyətlərinin olması bu sahədə turistlərin diqqətini cəlb edəcək.
Nazir həmçinin, iki ölkəni əhatə edən “Şərab yolu”, “Aleksandr Düma Qafqazda” kimi layihələrin həyata keçirilməsindən bəhs edib. Bildirilib ki, ölkənin infrastrukturu, bölgələrdə aparılan yenidənqurma işləri, yeni mehmanxanaların yaradılması bu sahədə müxtəlif layihələr həyata keçirilməsinə zəmin yaradır.
Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının rəhbəri ölkə iqtisadiyyatı üçün prioritet olan bu sahədə görülən işlər haqqında danışıb. Qeyd edib ki, turizm sahəsində əsasən virtual təbliğat istiqamətində bir sıra işlər həyata keçirilir, eyni zamanda filmlərin çəkilməsi, videoçarxların hazırlanması da turist axınına səbəb olan amillərdəndir.
Nazir Əbülfəs Qarayev kino sahəsində də əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən bəhs edib və bildirib ki, Azərbaycanda lentə alınan "Əli və Nino" filminin Tiflisdə də bəzi çəkilişlərinin aparılması bu sahədə görülən işlərə daha bir nümunədir.
Görüş zamanı nazir həmçinin, Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının işgüzar turizmin inkişafı istiqamətində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ilə görüşlər keçirməsini, həmçinin yerli şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulmasını təklif edib.
Xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində iştirak zamanı iki ölkənin turistlərin marağına səbəb olacaq birgə təkliflərlə çıxış etməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Turizm üzrə hava nəqliyyatı, dəmiryolu və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Gürcüstanda turizm sahəsindəki müsbət yeniliklərdən və təcrübədən Azərbaycanda da istifadə olunacağı bildirilib.
Qonaqlar Bakı ilə bağlı, Heydər Əliyev Mərkəzi, Şirvanşahlar Sarayı, Xalça Muzeyi, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu və digər görməli yerlər haqqında zəngin təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, səfər çərçivəsində qonaqların Azərbaycan Turizm Assosiasiyasında və Azərbaycan Konqreslər Bürosunda görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Səfərin təşkilində əsas məqsəd iki ölkə arasında işgüzar (MİCE) turizm sahəsində təcrübə mübadiləsi, MDB məkanında ilk dəfə 2013-cü ildə ölkəmizdə təsis edilən Azərbaycan Konqreslər Bürosunun təcrübəsindən istifadənin öyrənilməsidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar