Sentyabrın 5-də Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) təhsil nazirlərinin dördüncü iclası keçirilib. Tədbirdə TDƏŞ-in baş katibi Ramil Həsənov, Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov, Qazaxıstanın elm və təhsil naziri Aslan Sarinjipov, Türkiyə Milli Təhsil Nazirliyinin məsul katibi Yusif Təkin, Qırğızıstan təhsil nazirinin müavini Adilət Bekboyev, Türk Akademiyasının prezidenti Darxan Kıdırali və elm-təhsil xadimləri iştirak ediblər.
İclasda ortaq türk tarixi (XV əsrlərə qədər və XV-XXI əsrləri əhatə edən), coğrafiya və ədəbiyyat dərsliklərinin hazırlanması, üzv ölkələr arasında tələbə mübadiləsi və digər məsələlərin müzakirəsi aparılıb.
Bildirilib ki, ortaq türk dərslikləri hazırlanma mərhələsindədir. İştirakçı ölkələr dərsliklərin proqram və məzmununa yenidən baxılması ilə bağlı təkliflərini veriblər. Dərsliklər redaktə başa çatdıqdan sonra məktəb proqramına daxil ediləcək.
Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov türkdilli ölkələrin bu sahədə əməkdaşlığının keyfiyyətcə yeni səviyyələrə qaldırılmasının vacibliyini vurğulayıb.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı TDƏŞ-in üzvü olan ölkələrin təhsil nazirlərinin Bakıda keçirilən üçüncü görüşündə qəbul olunan proqram əsasında “Ortaq türk tarixi” kitabı üzərində hazırlıq işlərinin başa çatdığını diqqətə çatdırıb. Bildirib ki, akademiyanın ərsəyə gətirəcəyi dərsliklər gənc nəsillərin bir-birini daha yaxşı anlamalarına, sağlam əlaqələrin qurulmasına kömək edəcək.
TDƏŞ-in baş katibi Ramil Həsənov 2016-cı ildə üzv ölkələrin orta məktəb şagirdləri arasında mübadilə proqramının başlanmasının nəzərdə tutulduğunu deyib.
Sonra birgə əməkdaşlıq protokolu imzalanıb. Təhsil nazirlərinin növbəti iclasının Qırğızıstanda keçirilməsi qərara alınıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar