Sentyabrın 9-da Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin informasiya resursları üzrə direktoru xanım Holly Murten və səfirliyin ictimai əlaqələr şöbəsinin maarifləndirici proqramlar üzrə direktoru Aydan Əsgərova Milli Kitabxanada olublar.
Direktor Kərim Tahirov qonaqlara Milli Kitabxananın tarixi barədə ətraflı məlumat verib, onun respublikanın ən iri kitabsaxlayıcısı, region kitabxanaları üçün metodik mərkəz olduğunu bildirib. Direktor kitabxanada bütün iş proseslərinin avtomatlaşdırılmasını diqqətə çatdırıb, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanmış ALİSA elektron proqramının regionlara tətbiq edilməsindən, DATA Mərkəzin Milli Kitabxanada yerləşməsindən, region kitabxanaçılarının Milli Kitabxanada treninqlər keçməsindən bəhs edib.
İxtisasca kitabxanaçı olan xanım Holly Murten Milli Kitabxanaya məcburi nüsxələrin verilməsi, beynəlxalq əlaqələr, sənədlərin elektron çatdırılması, tarixi sənədlərin rəqəmsallaşdırılması və s. ilə maraqlanıb. Kitabxana ilə əyani və yaxından tanış olan qonağı maraqlandıran suallar cavablandırılıb.
Görüşün sonunda “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində) nəşri, Azərbaycanın xəritəsi, “Azərbaycan mətbəxi” (ingilis dilində), “Qobustan - minilliklərin kitabı” (Azərbaycan və ingilis dillərində), “Azərbaycan ədəbiyyatı” (şeirlər, ingilis dilində) kitabları və Milli Kitabxana haqqında filmin DVD diski qonağa hədiyyə olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar