Sentyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi ilə elmi və praktik sahədə əməkdaşlığın perspektivlərinə dair görüş keçirilib.
İnstitutdan bildiriblər ki, görüşdə iki qurum arasında əməkdaşlıqla bağlı konkret layihələr üzrə əməkdaşlıq müqavilələrinin bağlanması, işçi qrupların yaradılması və s. məsələlər müzakirə edilib.
Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev indiyədək birgə həyata keçirilən işlərdən razılıq ifadə edərək bu əməkdaşlığın hər iki qurumun elmi-praktik fəaliyyəti üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar