Oktyabrın 16-dan 18-dək Bakıda "FMS Models" məktəbinin təşkilatçılığı, "Excelsior Hotel & Spa Baku" hotelinin dəstəyi və "ID FASHİON" telekanalı tərəfindən “Bakı moda gecəsi” (“Baku Fashion Night”) keçiriləcək.
Sentyabrın 10-da “Excelsior” hotelində bununla bağlı mətbuat konfransı oldu.
Tədbirdə çıxış edən “FMS Models” məktəbinin rəhbəri Lyubov Quturova bildirdi ki, “Bakı moda gecəsi” yaz-yay və payız-qış olaraq ildə iki dəfə keçirilən bir moda nümayişidir. “Excelsior” hotelində ötən ilin sentyabrında və bu ilin mart ayında gerçəkləşən tədbirlər yerli və xarici dizaynerlər, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Layihənin məqsədi moda nümayişinə marağı olan auditoriyanı yerli və xarici dizaynerlərin kolleksiyaları ilə tanış etməkdir.
Qeyd olundu ki, "Baku Fashion Night 2015”də payız-qış kolleksiyaları nümayiş olunacaq. Hər il olduğu kimi bu il də məşhur dizaynerlər kolleksiyalarını təqdim edəcəklər. Milanın, Parisin və Barselonanın moda həftələrinin iştirakçısı, ispan dizayneri Jordi Dolmau Novia builki tədbirə dəvət olunub.
Məlumat verildi ki, 2005-ci ildə yaradılan "FMS models" (www.fms.az) Azərbaycanın aparıcı model agentliyi model biznesinin bütün aspektləri üzrə fəaliyyət göstərir. Layihəyə təşkilati dəstək verən “Excelsior Hotel & Spa Baku’’ eyni zamanda tədbirin səs və işıq sistemlərinin sponsorudur. Tədbirin təşkilatçısı “İD FASHİON“ kanalı dünyada ən son moda və həyat tərzi üzrə son tendensiyaları təbliğ edən kanaldır.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar