Azərbaycan Yaradıcılıq Fondunun (AYF) sim-sim.az adlı mədəniyyət portalı fəaliyyətə başlayıb. Bununla əlaqədar sentyabrın 9-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində təqdimat mərasimi keçirilib.

AYF-nin aparat rəhbəri Qismət Rüstəmov çıxış edərək təşkilatın fəaliyyəti və sayt barədə məlumat verib. Bildirilib ki, 1987-ci ildə Sovet Mədəniyyət Fondunun filialı kimi təsis olunan qurum 2008-ci ilədək Azərbaycan Mədəniyyət Fondu adı ilə fəaliyyət göstərib. Sonra Azərbaycan Yaradıcılıq Fondu adlandırılıb. Fondun məqsədi yaradıcı şəxslərə, diqqətdən kənarda qalan elm və mədəniyyət xadimlərinə dəstək verməkdir.
Fondun saytında multikulturalizm ideyasına töhfə vermiş elm və incəsənət xadimlərinin fəaliyyəti işıqlandırılacaq. Portal gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eyni zamanda kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid maraqlı materiallar təqdim edəcək. Saytda Azərbaycanda və xaricdə nəşr olunan kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləri ilə müsahibələr, dünya mədəniyyət irsi ilə bağlı tərcümə materialları dərc olunacaq.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev deyib ki, ölkəmizdə tolerantlıq, multikulturalizm ideyaları həyatın bütün sahələrində özünü göstərir. Bu, dövlətimizin başçısının ideoloji hədəflərindən biridir və biz bu hədəflərə doğru getməliyik. Bu istiqamətdə çox ciddi işlərin görüldüyünü vurğulayan dövlət müşaviri deyib: “Biz bu saytın fəaliyyəti ilə multikulturalizm sahəsində olan boşluğu doldurmaq niyyətindəyik. Ədəbiyyatdan, rəssamlıqdan uzaq düşmüş insanlar var. Biz həmin insanlara diqqət göstərəcəyik. Mükafatlar, müsabiqələr təşkil etmək niyyətindəyik. Mən Azərbaycanın bölgələrində heç bir işi olmayan bəzi gənclər gördüm. Bu gənclərə də sahib çıxmalıyıq. Onların maariflənməsi üçün bölgələrdə mərkəzlər yaratmağı nəzərdə tuturuq. Həmin gənclər mərkəzlərdə təhsil alacaq və onların marağını artırmaq üçün müəyyən sertifikatlar, hətta təqaüdlər də veriləcək”.
Tədbirdə digər çıxış edənlər layihənin əhəmiyyətindən danışıb, portalın işinə uğurlar arzulayıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar