Sentyabrın 14-də Moskva şəhərində “İpək Yolu” II Beynəlxalq Mədəni Əməkdaşlıq Forumu işə başlayıb. İki gün davam edən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri Rafiq Bayramov və Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev iştirak edib.
MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilən foruma ümumilikdə tarixi İpək Yolu coğrafiyası boyunca yerləşən 16 ölkəndən 300-dək nümayəndə - aparıcı beynəlxalq ekspertlər, beynəlxalq təşkilatlar, nəşriyyat və kütləvi informasiya vasitələri, diplomatik korpuslar, icra və qanunvericilik orqanlarının yüksək vəzifəli şəxsləri qatılıb. Tədbirin əsas mövzusu "Turizm, tərəfdaşlığın inkişafı və mədəni əməkdaşlıq sahəsində birgə layihələrin işlənib hazırlanması"dır.
Forumun açılışında çıxış edən Rusiya Baş nazirinin müavini Olqa Qolodes bildirib ki, MDB və Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin məhz humanitar əməkdaşlıq sahəsində bir araya gəlməsi çox uğurlu və perspektivli layihələrə yol açır.
Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun həyata keçirdiyi layihələr barədə məlumat verib, UNESCO və TÜRKSOY ilə əməkdaşlıqdan söhbət açıb.
Forumun yekununda dövlətlərarası yeni strukturun - "İpək Yolu - Avrasiya Mədəni Əməkdaşlıq Təşkilatı"nın yaradılması haqqında saziş imzalanıb. Forum çərçivəsində Avrasiyadan olan gənc rəssamların "Bizim yolumuz arzularadır" adlı sərgisi də keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar