Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Fransa Senatının Fransa-Azərbaycan dostluq qrupunun sədri Andre Rişardın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın vəziyyəti və gələcək perspektivlər müzakirə edilib.
Nazir müavini bildirib ki, iki ölkə arasında mədəniyyət sahəsində olduğu kimi, turizm sahəsində əməkdaşlıq üçün də geniş imkanlar mövcuddur. Qarşılıqlı münasibətlərin inkişafında Azərbaycanın birinci xanımı, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti, həyata keçirilən layihələr olduqca mühüm əhəmiyyət kəsb edir.
Görüşdə Fransanın Alzas bölgəsinin turizm imkanları və gələcək layihələr barədə məlumat verilib. Həmçinin Azərbaycan əleyhinə çalışan dairələrin fəaliyyəti nəzərə alınaraq müvafiq istiqamətdə təbliğatın gücləndirilməsinin zəruriliyi qeyd edilib.
29 sentyabr - 2 oktyabr 2015-ci il tarixlərində Fransanın paytaxtı Parisdə keçiriləcək "Top Resa 2015" beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin iştirakının nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Fransa Senatının Fransa-Azərbaycan dostluq qrupunun sədri Andre Rişard səmimi qəbula görə nazir müavininə təşəkkürünü bildirib. Qonaq iki ölkə arasında əməkdaşlığa maraq göstərdiklərini və bu istiqamətdə lazımi fəaliyyətin həyata keçirilməsinə hazır olduqlarını ifadə edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar