Sərgi-yarmarkada daha bir nəşrin təqdimatı keçirildi

IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində müxtəlif nəşrlərin təqdimatları keçirilir. Sentyabrın 17-də belə tədbirlərin biri Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un stendində gerçəkləşdi. Burada təşkilatın ənənəvi layihələrindən olan “Türk dünyası fotoqraflarının görüşü”nə həsr olunmuş albomun təqdimatı oldu.

Qeyd edək ki, 2013-cü ilin sentyabrında “Türk dünyası fotoqraflarının görüşü” Azərbaycanda baş tutmuşdu. Təqdim edilən “TÜRKSOY obyektivindən Azərbaycan” adlı albomda fotoqrafların ölkəmizin müxtəlif bölgələrində çəkdikləri şəkillər yer alıb.
Təqdimat mərasimində çıxış edən Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı bildirdi ki, layihədə 20 fotoqraf iştirak edib: “Fotolarda Bakının memarlıq abidələri, insanların sosial həyatı, binalar və s. əks olunub. Fotoqraflar 3 gün Bakıda çalışdıqdan sonra onlar 4 qrupa bölünüb müxtəlif bölgələrə getdilər. Sonra bütün şəkillər Bakıda sərgidə nümayiş etdirildi. Hər fotoqrafın 15 şəkli seçilərək “TÜRKSOY obyektivindən Azərbaycan” adlı kitaba daxil edildi. Kitab TÜRKSOY və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunub. Nəşrin ön sözü Prezident İlham Əliyevin TÜRKSOY-un 20 illik yubileyinə ünvanladığı mesajdır. Albom ilk növbədə Azərbaycan dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim edildi. Eyni zamanda müxtəlif türk ölkələrinə göndərilib. Həmçinin Ankaraya, qurumun baş ofisinə gələn qonaqlara təqdim olunub”.
E.Qafarlı həmçinin albomun ərsəyə gəlməsinə verdiyi dəstəyə görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.
Nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənli TÜRKSOY-un layihəsinin əhəmiyyətindən danışdı və bildirdi ki, bu həm də türkdilli ölkələrin nümayəndələrinin bir araya gəlməsi üçün böyük imkandır: “Layihə çərçivəsində Azərbaycanın görməli, tarixi və mədəni məkanları dünyaya çatdırılır. Azərbaycan bu layihədən bir nümunə götürə bilər və gələcəkdə fotoqraflarımız başqa ölkələrə gedib oranın mühüm obyektlərindən fotolar çəkərək Azərbaycanda tanıda bilərlər. Bu həm də bizim fotoqraflarımızın təcrübələrinin artmasına səbəb olar. Foto sənəti həm də bir yaradıcılıqdır”.
Tədbirdə “Fotoqraflar görüşü”ndə iştirak etmiş fotoqraflar çıxış edərək layihənin əhəmiyyətindən danışdılar.
Sonda “TÜRKSOY obyektivindən Azərbaycan” albomu tədbir iştirakçılarına paylandı.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar