Sentyabrın 17-də Bakı İdman Sarayında keçirilən IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində “Əlağa Vahid. Qəzəllər” kitabının təqdimatı keçirildi.

Tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı İlqar Fəhmi açaraq Əlağa Vahidin Azərbaycan poeziyasının, xüsusilə qəzəl janrının inkişafında xidmətlərindən danışdı.
Bildirdi ki, Əlağa Vahid gənc yaşlarından poeziyaya maraq göstərib. Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində yaxından iştirak edib. Dövrünün görkəmli şairlərinin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı tənqid edib.
Qeyd olundu ki, böyük qəzəlxan ehtiyac içində yaşayıb. Çox az təbliğ olunsa da, xalq onun əsərlərini sevib, bəstəkarlar qəzəllərinə musiqi yazıblar. Xanəndələr bu əsərləri, eləcə də muğamlarımızda Vahidin sözlərini sevə-sevə oxuyurlar.
Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənli qəzəlxan şairin yaradıcılıq yolundan danışdı: “Əlağa Vahid elə bir şairdir ki, haqqında kimdən soruşsan, o, tərəddüd etmədən ətraflı söhbət açar. Bu, hər şairə nəsib olan tale deyil. O, çətin bir yaradıcılıq yolu keçsə də, əvəzsiz əsərlər yaradıb. Şairin yaradıcılığının sadəliyi, ahəngdarlığı Azərbaycan dilinin ruhunda yaşayır. Kitabda yer alan 150 qəzəl və miniatür şəkillər oxucularda dərin maraq yaradacaq”.

Kitabın rəssamı və tərtibçisi Fəxrəddin Əli bildirdi ki, yeddi ildir Əlağa Vahidin qəzəllərinə miniatürlər çəkir: “Kitabda yer alan hər bir qəzələ uyğun şəkil çəkdim. Şəkilləri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə təqdim etdim. Sağ olsunlar, baxdılar və dəyər verdilər”.
Tədbirin bədii hissəsində Əməkdar artist, xanəndə Firuz Səxavətin ifasında şairin qəzəlləri səsləndirildi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar