Prezident yanında Bilik Fondunun keçirdiyi “İlboyu bilik” proqramı çərçivəsində sentyabrın 15-də ilk dərs günündə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində İtaliyanın ölkəmizdəki səfiri Giampaolo Cutillonun “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda mühazirəsi dinlənilib.
Diplomat əvvəlcə rektor Fərəh Əliyeva ilə görüşərək universitetin fəaliyyəti ilə yaxından tanış olub. Sonra universitetin elmi şura zalında səfirin tələbə və müəllim heyəti ilə görüşü keçirilib.
Ölkəsinin tarixi və mədəniyyəti haqqında danışan səfir qeyd edib ki, Azərbaycan və İtaliya insanlarının ailəyə münasibəti, dəyərləri arasında oxşar cəhətlər var və burada səfir kimi çalışmaqdan məmnundur. Azərbaycanla İtaliya arasında əlaqələrdən, bu sahədə ulu öndər Heydər Əliyevin qoyduğu irsin Prezident İlham Əliyevin davam etdirməsindən söz açan qonaq sıx əlaqələrə misal kimi “Milan Expo 2015” ümumdünya sərgisində ən gözəl pavilyonun məhz Azərbaycana aid olmasını qeyd edib.
Görüş səmimi fikir mübadiləsi ilə davam edib, səfir tələbələri maraqlandıran sualları cavablandırıb. Sonda xatirə şəkli çəkdirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar