Sentyabrın 16-da Rusiya Federasiyasının Həştərxan şəhərində bu ölkənin Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin dəstəyi ilə I Xəzər media forumu başlayıb. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev iştirak edir.
Forumda ilk dəfə beş Xəzəryanı ölkənin - Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın media nümayəndələri, müvafiq nazirliklərinin təmsilçiləri bir araya gəlib. Tədbir Xəzəryanı ölkələrin mehriban qonşuluq münasibətlərini möhkəmləndirmək və KİV sahəsində yeni əməkdaşlıq istiqamətlərini müəyyən etmək məqsədi daşıyır.
Azərbaycan tərəfindən foruma mədəniyyət və turizm, təhsil, ekologiya və təbii sərvətlər, rabitə və yüksək texnologiyalar və digər nazirliklərin əməkdaşları, həmçinin müxtəlif redaksiyaların nümayəndələri qatılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar