Sentyabrın 16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Uruqvay xarici işlər nazirinin müavini Xose Luis Kansela ilə görüşüb.
Görüş zamanı Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında diplomatik münasibətlərin 1994-cü ildə qurulduğu qeyd olunub və bu əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsinin hər iki tərəf üçün əhəmiyyəti vurğulanıb. Qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
Əbülfəs Qarayev 25-27 aprel 2016-cı il tarixində Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçiriləcəyini diqqətə çatdırıb və Uruqvay xarici işlər nazirinin müavinini bu tədbirdə iştirak etməyə dəvət edib.
Sonda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Uruqvay xarici işlər nazirinin müavini Xose Luis Kansela tərəfindən iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq sazişini imzalayıblar. Qeyd edək ki, bu, iki ölkənin münasibətlərində mədəni əməkdaşlığa dair ilk hüquqi sənəddir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar