Ölkəmizdə səfərdə olan Çex Respublikası Prezidentinin xanımı İvana Zemanova sentyabrın 16-da Bakının tarixi-mədəni məkanları ilə tanış olub.
Azərbaycan Xalça Muzeyində qonağa milli xalçaçılıq sənətimiz haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan bu sahədə dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
Qeyd edilib ki, Azərbaycan Xalça Muzeyində xalça və xalça məmulatları, metal, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur və bu kolleksiyanın tamaşaçılara təqdimatı üçün ideal şərait yaradılıb.
Muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Onlar bütün kompozisiyaları ilə Azərbaycanın 7 əsas məktəbini - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça məktəblərini təmsil edir. Bu xalçalar insanların, heyvanların, quşların üslublaşdırılmış təsviri, bitkilərin ornamentləri, xalqın həyatını təsvir edən süjetli motivlərlə bəzənib. Burada həmçinin Böyük Britaniyanın “Viktoriya və Albert” Muzeyində saxlanılan məşhur Şeyx Səfi xalçasının surəti də var.
Muzeylə tanışlıqdan sonra qonağa xatirə hədiyyələri təqdim olunub. Muzey Çexiyanın birinci xanımında zəngin təəssürat yaradıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar