3-7 sentyabrda Qırğızıstanın paytaxtı Bişkekdə Dünya Xalqlarının III Beynəlxalq Eposlar Festivalı keçirilib. Festivalda ölkəmizi İlyas Əfəndiyev Beynəlxalq Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri, kulturoloq Əbülfəz Babazadə təmsil edib. 15 ölkədən nümayəndələrin qatıldığı festivalın Bişkekin Alatoo meydanında keçirilən açılış mərasimində Qırğızıstanın Baş naziri Temir Sariyev çıxış edib, sonra iştirakçı ölkələr təqdim edilib. Festival çərçivəsində “Sivilizasiya dəyişiklikləri dövründə epik irs davamlı inkişafın amili kimi” beynəlxalq elmi-praktik konfrans, “Qırğız köçü” etnoqrafik kəndin açılışı, mədəni müxtəliflik paradı, adət-ənənə və ayinlər paradı, “Ən yaxşı qırğız yurtası”, “Ən yaxşı hekayətçi və dastançı” və “Köçərinin üslubu” müsabiqələri keçirilib.
Ə.Babazadə elmi-praktik konfransda “Folklor janrının qorunması metatarixi idraka aparan yol kimi” mövzusunda məruzə edib. Məruzədə müasir qloballaşma dövründə siyasi və iqtisadi gərginliyi aradan qaldırmağın yollarından biri kimi folklorun öyrənilməsi, qorunması və təbliğinin önəmi vurğulanıb.
Festivalın daha bir tədbiri Çuy vilayətində iştirakçılar tərəfindən öz ölkələrinin sənət nümunələrinin təqdimatı olub. Ə.Babazadə Cahangir Cahangirovun “Füzuli kantatası”nı, M.P.Vaqifin sözlərinə yazdığı “Durnalar” mahnısını və Oqtay Kazıminin Cabir Novruzun sözlərinə bəstələdiyi “Məhəbbət” mahnısını səsləndirib.
Lalə Hüseyn







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar