Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində Özbəkistanın müstəqilliyinin 24-cü ildönümü ilə bağlı tədbir keçirilib. Tədbir ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə təşkil olunub.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov bu münasibətlə müəllim və tələbələri təbrik edib, Özbəkistanla Azərbaycan arasındakı dostluq əlaqələrinin tarixindən danışıb.
Səfirliyin birinci katibi, AMM-nin direktoru Samir Abbasov bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələr inkişaf edir. Xalqlarımızın tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri çox yaxındır və bu da qardaşlığımızın dərin köklərə söykəndiyindən xəbər verir.
Filologiya elmləri doktoru İbrahim Yuldaşev, dossent Gülbahar Aşurova, professor Səadət Məhəmmədova, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti sədrinin müavini İsrail Şamsimuxammedov və başqaları mədəni-humanitar sahələrdə əlaqələrimizin get-gedə inkişaf etdiyini bildiriblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar