İkitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün fəaliyyət planı da hazırlanacaq

Sentyabrın 22-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Argentina xarici işlər nazirinin müavini Eduardo Zuain ilə görüşüb.

Görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı mədəni əlaqələrin inkişafından söhbət açılıb.
Argentina xarici işlər nazirinin müavini mədəniyyət sahəsində əlaqələri inkişaf etdirmək üçün Bakıda və Buenos-Ayresdə təqdimatların keçirilməsini təklif edib.
Nazir Əbülfəs Qarayev təklifi yüksək qiymətləndirib, həmçinin Argentina turoperatorları üçün tanışlıq turunun təşkil olunmasının əhəmiyyətini qeyd edib.
Nazir iki ölkə arasında əlaqələrin inkişafı məqsədilə azərbaycanlı yazıçıların kitablarının tərcümə olunması təklifini də irəli sürüb.
Görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş" imzalanıb. Saziş ölkələr arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə, musiqi, incəsənət, muzey, kitabxana və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə imkan verəcək. Həmçinin iki ölkə arasında əlaqələrin daimi inkişaf etdirilməsi üçün fəaliyyət planının hazırlanmasına dair razılıq əldə olunub.
Əbülfəs Qarayev söhbət əsnasında Azərbaycan Prezidentinin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatı kimi beynəlxalq qurumların tərəfdaşlığı ilə Bakıda keçirilən III Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən bəhs edib.
Nazir həmçinin 2016-cı ilin aprel ayında Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında da məlumat verib və nümayəndə heyətini həmin foruma dəvət edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar