Rat Mario Rehulka: “Beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanı dünyada tanıdır”

Sentyabrın 22-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avstriya Aviasiya Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb. Görüşdə iki ölkə arasında həyata keçirilən bir sıra layihələrdən söhbət açılıb.
Nazir Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlığı, ikili diplom təcrübəsini xüsusi vurğulayıb. Bildirilib ki, ATMU ölkəmizdə ikili diplom verən ilk ali təhsil müəssisəsidir.
Avstriya Aviasiya Assosiasiyasının prezidenti, professor Rat Mario Rehulka ölkəmiz haqqında yüksək fikirlərini ifadə edib, universitet ilə əlaqələrin inkişaf etdiyini deyib. Qonaq həmçinin elektron viza sisteminin əhəmiyyətindən də bəhs edib, bu sistemin turistlərə verdiyi üstünlüklərdən söz açıb.
Ölkəmizin bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayan Rat Mario Rehulka 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin, 2015-ci ildə I Avropa Oyunlarının ölkəmizin dünyada tanıdılması istiqamətində mühüm hadisə olduğunu bildirib.
Qeyd edək ki, avstriyalı qonaqlar ölkəmizə səfər çərçivəsində Lahıc (İsmayıllı), Qəbələ və Şəkinin turizm imkanları ilə tanış olublar, həmçinin Qobustan və Atəşgah kimi unikal tarix və mədəniyyət abidələrini ziyarət ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar