Sentyabrın 29-da mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikası ilə Gürcüstan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Sevda Məmmədəliyeva bildirib ki, iki ölkənin mədəniyyət sahəsində olduğu kimi, turizm sahəsində də əməkdaşlığı üçün geniş imkanlar mövcuddur.
Söhbət zamanı mədəniyyət və incəsənət xadimlərinin qarşılıqlı səfərləri, birgə turizm marşrutlarının inkişafı və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Səmimi qəbula görə nazir müavininə təşəkkürünü bildirən səfir ölkələrimiz arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə inamını ifadə edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar