Özbəkistanın nüfuzlu ali təhsil ocağı 1947-ci ildən dahi Azərbaycan şairinin adını daşıyır

Sentyabrın 30-da Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin 80 illik yubileyi qeyd olunub. Yubiley tədbirində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməkdaşları da iştirak ediblər.

1935-ci ildə Orta Asiya Dövlət Universitetinin bazası əsasında Daşkənd Dövlət Pedaqoji İnstitutu yaradılıb. 1947-ci ildə instituta dahi Azərbaycan şairi Nizami Gəncəvinin adı verilib. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun iştirakı ilə universitetin qarşısındakı meydanda Nizaminin büstünün açılışı olub. 2008-ci ildə yaradılan Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinə universitetin rektoru rəhbərlik edir.
Tədbiri giriş sözü ilə açan Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripov yarandığı vaxtdan bu günədək tədris ocağının ölkə üçün minlərlə mütəxəssis yetişdirdiyini deyib. Rektor universitetin Özbəkistan və Azərbaycan arasında dostluq körpüsü yaratdığını, əlaqələrinin dərinləşdirilməsi sahəsində layihələr həyata keçirdiyini, o cümlədən Azərbaycan səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq etdiyini bildirib.
Özbəkistanın təhsil naziri Uluqbek İnoyatov çıxış edərək, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin ölkənin ali təhsil ocaqları arasında xüsusi xidmətlərini qeyd edib və bir qrup müəllimləri diplomlarla təltif edib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ali təhsil müəssisəsini yubileyi münasibətilə təbrik edib, dahi şairimizin adını daşıyan universitetin ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Səfir Nizaminin vətəni olan Gəncə şəhərinin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin universitetin 80 illiyi münasibətilə göndərdiyi təbrik məktubunu və Gəncə xalçasını rektora təqdim edib.
Tədbirin bədii hissəsində universitetin tələbələri, Özbəkistanın tanınmış sənətçiləri, habelə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs kollektivi çıxış edib.
Yubiley tədbiri çərçivəsində səfir Hüseyn Quliyev universitetin filologiya fakültəsində yaradılmış Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Mərkəz səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə yaradılıb. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov burada iki ölkə arasında əməkdaşlığın inkişafı sahəsində həyata keçirilən tədbirlər və layihələr barədə məlumat verib. Mərkəzdə ölkəmizin tarixi, mədəniyyəti, turizminə dair zəngin kitabxana, daimi sərgi, habelə kinozal yaradılıb.
Səfir mərkəzin kitabxanasına "İrəvan xalçaları" kitabını hədiyyə edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar