Türkmənistanın paytaxtı Aşqabadda 21-23 sentyabr tarixində keçirilən X beynəlxalq kitab sərgi-yarmarkasında ölkəmizi "Hədəf Nəşrləri" və "XAN" nəşriyyatının nümayəndə heyəti təmsil edib.

"Hədəf Nəşrləri"nin təsisçisi Şəmil Sadıq bildirib ki, sərgi-yarmarkada 50 adda 200-dən çox kitablarımız təqdim olunub. Stendimiz sərgi iştirakçıları və yerli kitabsevərlər tərəfindən maraqla qarşılanıb. Nümayiş olunan müxtəlif kitablar və Azərbaycan yazıçılarının portretləri tədbir iştirakçılarına hədiyyə edilib. "XAN" nəşriyyatının Mədəniyyət və Turizm Nazirliyi ilə ortaq layihəsi çərçivəsində işıq üzü görən "Yazıçılarımızı dünyaya tanıdaq" adlı ingilis dilli kitab dəsti sərgiyə gələn qonaqların xüsusilə diqqətinə səbəb olub. "Kitabi-Dədə Qorqud"un nəşri və CD diskləri də maraq doğurub.
Nəşriyyatlar sərgi günlərində keçirilən müsabiqəyə 7 nominasiya üzrə müxtəlif kitablarını da təqdim ediblər. “Hədəf Nəşrləri” “Ən yaxşı nəşriyyat” nominasiyasında 2-ci yerə layiq görülüb. Müşfiq Xanın “Biologiya” dərsliyi “Ən yaxşı dərslik” nominasiyasında ikinci olub.
Sərgi-yarmarka çərçivəsində bir sıra görüşlər keçirilib, Türkmənistan nəşriyyatları ilə yeni layihələrlə bağlı razılaşmalar əldə olunub, nümayəndə heyətimiz yerli televiziya və mətbuat orqanlarına müsahibələr verib. Razılaşmaya əsasən, "Hədəf Nəşrləri" tərəfindən "Koroğlu" dastanının Türkmənistan variantı, Türkmənistanın xalq şairləri Gözəl Şaqulyayevanın və Atacan Taqanın kitabları dilimizə tərcümə olunaraq nəşr ediləcək.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar