Nazir Əbülfəs Qarayev Fransa, Meksika və Latviyanın Azərbaycandakı səfirləri ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransa Respublikasının Azərbaycandakı səfiri Paskal Mönyeni ölkəmizdə fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Diplomatı salamlayan nazir bildirib ki, onun fəaliyyəti dövründə Azərbaycanla Fransa arasındakı əməkdaşlıq bütün sahələrdə olduğu kimi, mədəniyyət və turizm sahələrində də davamlı inkişaf edib. Ölkə rəhbərləri arasında keçirilmiş görüşlər zamanı əldə olunmuş razılaşmalar nəticəsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fransada keçirilmiş çoxsaylı mədəniyyət tədbirləri, həmçinin nazirliyin Fransada təşkil etdiyi tədbirlər, eləcə də Fransa Respublikasının Azərbaycanda keçirdiyi tədbirlər əldə edilmiş uğurların və həyata keçirilmiş layihələrin göstəricisidir.
Səfir fəaliyyəti dövründə ölkəmizdə gördüyü xoş münasibət və qonaqpərvərliyə görə Azərbaycan xalqına və hökumətinə minnətdarlığını bildirib.
Əbülfəs Qarayev Paskal Mönyeyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

* * *
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Meksika Birləşmiş Ştatlarının və Latviya Respublikasının Azərbaycandakı səfirləri Xuan Rodriqo Labardini Flores və Yuris Maklakovs ilə də görüşüb.
Görüşlərdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq, mədəniyyət və turizm sahələrində birgə layihələrin reallaşdırılması, qanunvericilik bazasının möhkəmləndirilməsi, əməkdaşlığa dair fəaliyyət proqramlarının həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, mədəniyyət və turizm sahəsində birgə mübadilələrin təşkili ilə əlaqədar təkliflərin qısa müddətdə qarşılıqlı olaraq təqdim olunması barədə razılıq əldə edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar