Balakən rayonunda QHT-lərlə zona görüşü keçirilib

Oktyabrın 22-də Balakən rayon Mədəniyyət Mərkəzində "Mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu" mövzusunda zona görüşü keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən görüşdə Balakən, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala rayonlarında fəaliyyət göstərən 150-dək QHT nümayəndəsi və fəal gənclər, təhsil və mədəniyyət işçiləri iştirak edib.

Tədbirdə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev, Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şəfəq Əliyeva çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Nazirliyin sektor müdiri Rəşad Əliyev "QHT-lərlə əməkdaşlıq Mədəniyyət və Turizm Nazirliyinin prioritet istiqamətlərindən biri kimi", SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının şöbə müdiri İradə Nəcəfova "SEBA-nın Qəbələ layihələri", Qəbələ Regional Gənclərin Resurs Mərkəzinin sədr müavini Malik Rəşidov qurumun mədəniyyət sahəsində fəaliyyəti, "Aktiv Gənclər" Klubunun rəhbəri Sərxan Hacıyev "Gənclərin asudə vaxtlarının səmərəli təşkilində QHT-lərin rolu" mövzusunda məruzə ediblər.
Məlumat verilib ki, nazirliyin strukturunda həyata keçirilən islahatlar nəticəsində sahə üçün mahiyyət etibarilə yeni sayıla biləcək istiqamət müəyyənləşdirilib ki, bu da mədəniyyət məsələləri üzrə ixtisaslaşmış QHT-lər ilə əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsindən ibarətdir.
Bu istiqamətdə müəyyən təhlillər və araşdırmalar aparılıb, eləcə də Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli qərarı ilə təsdiq edilən "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası"nın icrasını təmin etmək məqsədilə ictimai əsaslarla fəaliyyət göstərən Müsabiqə Komissiyası yaradılıb və ilk müsabiqələr ilə bağlı elanlar verilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci il üçün elan olunan müsabiqəyə QHT-lər tərəfindən 86 layihə təqdim olunub. 2016-cı il üçün müsabiqə elanı da verilib və müsabiqəyə 95 layihə təqdim edilib. Nazirlik tərəfindən region QHT-ləri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi planlaşdırılır.
Rəşad Əliyev və nazirliyin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli layihələrin prioritet mövzuları, təqdimetmə qaydaları, layihələrin formalaşmasında regionların xüsusiyyətlərinin nəzərə alınması, QHT-lərin nazirliklə münasibətlərini tənzimləyən qanunvericilik bazası barədə məlumat veriblər. Mədəniyyətimizin təbliği işində QHT potensialının təhlili, bu sahə üzrə ixtisaslaşmış QHT-lərə nazirlik tərəfindən göstərilə biləcək dəstək, birgə əməkdaşlıq istiqamətləri və formaları, gənclərin QHT-lərdə fəallığının artırılması məsələləri müzakirə olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar